BEYNƏLXALQ ALQI SATKI MÜQAVİLƏLƏRİNDƏ DİQQƏT EDİLMƏLİ OLAN NÜANSLAR ADLI TƏLİM KEÇİRİLİB
3 Aprel 2023 15:51
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə fakültənin tələbələri üçün "Beynəlxalq alqı-satqı müqavilələrində diqqət edilməli olan nüanslar" adlı təlim keçirilmişdir.
Təlimçi kimi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru İlqar Babayev çıxış etmişdir.
İki hissədən ibarət olan təlimin nəzəriyyə hissəsində İ.Babayev tələbələrə beynəlxalq alqı-satqı müqavilələrinin anlayışı, bağlanma qaydası, həmçinin bu cür müqavilələrin icrası zamanı yaranan çətinliklər və onların həlli yolları barədə ətraflı məlumat vermişdir.
Təlimin praktiki hissəsində isə mövzu ilə bağlı müqavilə nümunəsi nəzərdən keçirilmiş və tələbələrlə müzakirə aparılmışdır.
Sonra İ.Babayev tələbələrin mövzu ilə bağlı suallarını cavablandırmışdır.
Təlimin sonunda İ.Babayev Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının İdarə Heyəti tərəfindən sertifikatla təltif edilmişdir.
Tələbələr bu cür təlimlərin davamlı olacağına öz ümidlərini ifadə edərək bu kimi təlimlərin onların peşəkar hüquqşünas kimi formalaşması üçün faydalı olduqlarını vurğulamışlar.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42