BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ İQTİSADİYYAT FAKÜLTƏSİLƏ BİRGƏ SEMİNAR
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Tələbə Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə "Dünyada gedən proseslər və Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə, milli-mənəvi dəyərlərinə qarşı yönələn təhdidlər" mövzusunda seminar keçirilmişdir.
Tədbirdə hər iki fakültənin professor-müəllim heyəti və tələbələri iştirak etmişdir.
Açılış nitqi ilə çıxış edən hüquq fakültəsinin sosial məsələlər üzrə dekan müavini Aytəkin İbrahimova iştirakçıları salamlayaraq mövzunun əhəmiyyəti haqqında məlumat vermişdir.
Hüquq fakültəsinin dekan vəzifəsini icra edən Cabir Quliyev çıxış edərək Azərbaycanın regiondakı mövqeyindən, Vətən müharibəsində qazandığı qələbədən sonrakı vəziyyət haqqında məlumat vermişdir.
Daha sonra Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müəllimi Samirə Eyvazova və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Elgün Tağızadənin mövzu ilə əlaqədar çıxışları baş tutmuşdur.
Sonda Hüquq fakültəsinin 2-ci kurs tələbəsi Fərid Sabirli və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Ramin Əhədovun çıxış etmişdir.
Çıxışlarda qloballaşan dünyada milli-mənəvi dəyərlərə qarşı təhdidlər durmadan artmaqda olduğu, xalqımızın milli-mənəvi dəyərləri dərin köklərə malik olduğundan həmişə öz varlığını qoruduğu vurğulanmışdır. Milli birlik və həmrəyliyin Azərbaycan xalqının ən başlıca milli, irsi və tarixi dəyərlərindən olduğu, məhz bu dəyərlərə sadiq qalmağımızın Vətən müharibəsində ən bariz nümunəsini gördüyümüz qeyd olunmuşdur.