BEYNƏLXALQ QIZIL XAÇ KOMİTƏSİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
Hüquq fakültəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş keçirilmişdir. Hüquq fakültəsi ilə Komitə arasında əməkdaşlıq əlaqələri və birgə tədbirlərin həyata keçirilməsi, müəllimlərin və tələbələrin dəstəklənməsi məsələləri müzakirə olunmuş, əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanmışdır. Həmçinin Komitənin Şərqi Avropa üzrə regional əlaqələndiricisi, beynəlxalq humanitar hüquq üzrə tanınmış beynəlxalq ekspert PhD A.Kozik tələbələr qarşısında “Beynəlxalq Humanitar Hüquq: müasir çağırışlar və çətinliklər” mövzusunda mühazirə ilə çıxış etmişdir. Mühazirə zamanı müasir dövrdə baş verən silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn necə tətbiq olunması, tətbiqetmə zamanı qarşıya çıxan problemlər, yeni texnologiyaların tətbiqindən danışılmışdır. Mühazirənin sonunda A.Kozik mövzu üzrə tələbələrin suallarını cavablandırmış, tələbələrlə müzakirə aparmışdır. Tələbələr bu cür mühazirələrin onların nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılmasına mühüm töhfə olduğunu bildirmişlər.