BİR QRUP TƏLƏBƏ ƏDLİYYƏ NAZİRLİYİNİN QEYDİYYAT VƏ NOTARİAT BAŞ İDARƏSİNDƏ OLUBLAR
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələrinin ədliyyə orqanları və məhkəmələrlə tanışlıq aylığı çərçivəsində tədbirlər davam edir.
Hüquq fakültəsinin bir qrup tələbəsi Ədliyyə nazirliyinin Qeydiyyat və notariat baş idarəsində olmuş, idarənin fəaliyyəti və strukturu ilə yaxından tanış olmuşlar. Tələbələr idarənin fəaliyyəti, vətəndaş vəziyyəti aktlarının qeydiyyatı, notariat hərəkətlərinin aparılması qaydaları, ictimai birliklərin fəaliyyəti və qeydiyyatı məsələləri və s. barədə idarənin məsul əməkdaşları tərəfindən məlumatlandırılmışlar.
Eyni zamanda, tələbələr idarənin arxivi ilə tanış edilmiş, onlara elektron arxivləşdirilmə cihazları göstərilmiş, bu avadanlığın təyinatından, onun tətbiqi təcrübəsindən danışılmış, maraq doğuran suallara aydınlıq gətirilmişdir.