CİNAYƏT HÜQUQU DƏRNƏYİNİN HESABAT İCLASI KEÇİRİLİB
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının nəzdindəki Cinayət Hüququ Dərnəyinin 2022-ci il üzrə hesabat iclası keçirilmişdir. Hüquq fakültəsinin dekanı Zaur Əliyev iclası açıq elan edərək Cinayət Hüququ Dərnəyinin təsis edilməsinin əhəmiyyətini vurğulamış, cinayət qanunvericiliyinin müasir inkişaf tendensiyalarından danışmış, dərnək üzvlərini fakültənin elmi-ictimai həyatında daha da fəal iştirak etməyə çağırmışdır. İclasa sədrlik edən Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova kafedranın 95 illiyinə həsr edilmiş “Cinayət hüququnun aktual problemləri” adlı məcmuənin, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Cinayət hüququ üzrə Lüğət”in hazırlanmasında aktiv iştirak edən dərnək üzvlərini (Vüqar Sadiqli, Sahibə Qurbanova, Lalə Yarmətova, Cavid Mirzəzadə, Eltac Allahyarlı, Nurlan Zeynalzadə, Siyavuş Bağırov, Günel Cavadova, Gülsüm Hacıyeva, Məhəmməd Əliyev) xüsusi olaraq qeyd etmişdir. Dərnəyin üzvlərindən Vüqar Sadiqli, Cavid Mirzəzadə, Siyavuş Bağırov, Günel Cavadova görülən işlər barədə ətraflı məlumat vermişlər. Dərnək tərəfindən 2022-ci ildə görülən işlər haqqında hesabat qənaətbəxş sayılmışdır. 2023-cü il üçün qəbul edilən fəaliyyət planı haqqında Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Məleykə Bayramova məlumat vermişdir. İclasın sonunda dərnəyin idarə heyətinin yeni tərkibi seçilmişdir.