“Cinayət məsuliyyəti və cəza” adlı dərs vəsaiti nəşr olunmuşdur
1 Noyabr 2023 10:25
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Məleykə Bayramovanın “Cinayət məsuliyyəti və cəza” adlı dərs vəsaiti nəşr olunmuşdur. Dərs vəsaiti Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdur.
“Cinayət məsuliyyəti və cəza” fənninin tədrisi üçün nəzərdə tutulmuş dərs vəsaiti Azərbaycan Respublikasının, həmçinin xarici ölkələrin cinayət qanunvericiliyinə, bu sahədə mövcud olan beynəlxalq aktlara, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Konstitusiya Məhkəməsi Plenumlarının qərarlarına, müvafiq normativ materiallara, Cinayət Məcəlləsi, Cinayət-prosessual və Cəzaların İcrası Məcəllələrinin əlaqəli maddələrinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Kommentariyasına, xüsusilə professor F.Y. Səməndərovun müəllifi olduğu Cinayət hüququ (Ümumi hissə) dərsliyinə və digər elmi mənbələrə, mövzu ilə əlaqədar ayrı-ayrı müəlliflərin fikirlərinə istinadən, həmçinin son illərdə qanunvericilikdə edilən dəyişiklik və əlavələr, məhkəmə təcrübəsi materialları və statistik məlumatlar da nəzərə alınmaqla işlənmiş və fənn üzrə nəzərdə tutulmuş bütün mövzuları əhatə edir.
Dərs vəsaiti “hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrə cinayət məsuliyyəti və cəza məsələlərinin öyrənilməsi üçün yardımçı vəsait olaraq nəzərdə tutulmuşdur.
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33