DEKAN AVROPA ŞURASININ AZƏRBAYCAN RESPUBLİKASINDAKI OFİSİNİN RƏHBƏRİ PETR ZİXLƏ GÖRÜŞÜB
21 Dekabr 2022 16:47
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev 21 dekabr 2022-ci il tarixində Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Petr Zixlə görüşmüşdür. Görüşdə Hüquq fakültəsi ilə Avropa Şurası arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və hüquqi məsələlərə dair layihələrdə fakültənin Avropa Şurasının rəsmi tərəfdaşı statusunda çıxış etməsinin zəruriliyi barədə ətraflı fikir mübadiləsi aparılmışdır. 2023-cü ildə Avropa Şurasının ən mühüm nailiyyəti sayılan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın qüvvəyə minməsinin 70 illiyi ilə əlaqədar olaraq Hüquq fakültəsinin Avropa Şurasının Bakı Ofisi ilə birgə "Avropa İnsan Hüquqları Konvensiyası-70" devizi ilə maarifləndirmə kampaniyasına başlamaq barədə razılıq əldə olunmuşdur. Kampaniya çərçivəsində Avropa Şurasının ekspertlərinin, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin, o cümlədən fakültənin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə silsilə təlimlərin keçirilməsi qərara alınmışdır.
Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Petr Zix Hüquq fakültəsi ilə əməkdaşlıqdan məmnunluğunu bildirmişdir. Hüquq fakültəsinin Avropa Şurasının Bakı Ofisi ilə əməkdaşlığının hüquq təhsilinin, həmçinin tələbələrin inkişafı baxımından faydalı olacağı qeyd olunmuşdur.
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33