DEKAN FULBRİGHT PROQRAMININ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜB
14 Mart 2023 12:24
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev ABŞ Dövlət Departamentinin Təhsil və mədəniyyət işləri üzrə Bürosunun təşkil etdiyi “Fulbright” elmi-tədqiqat proqramının xətti ilə Hüquq fakültəsinə ezam edilmiş ABŞ-ın tanınmış hüquq professoru, vəkil Tomas Qlasmanla (Thomas F.Glassman) görüşmüşdür.
Professor T. Glassman həmçinin ABŞ-ın Cleveland şəhərində yerləşən "Bonezzi Switzer Polito & Hupp" hüquq bürosunun təsisçisidir və orada mülki hüquq və sığorta hüququ üzrə ixtisaslaşmış vəkil kimi çalışır. Əsas ixtisas və tədqiqat sahələri bank hüququ, vergi hüququ, əqli mülkiyyət hüququ və kommersiya hüququ ilə bağlıdır və bu sahədə bir sıra elmi əsərlərin müəllifidir.
Dekan Z.Əliyev Hüquq fakültəsinin tarixi, tədrisin təşkili prosesi, ingilis bölməsində dərslərin keçirilməsi qaydaları, ikili diplom proqramları, həmçinin tələbələrin uğurları haqqında amerikalı professora ətraflı məlumat verdi. T.Glassman Hüquq fakültəsində görülən işləri, fakültənin beynəlxalq əməkdaşlıq əlaqələrini, həmçinin tələbələrin bilik səviyyəsini yüksək qiymətləndirərək dərs dediyi ABŞ universitetlərinin Hüquq məktəblərinin (law school) Hüquq fakültəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi. Tərəflər gələcək əməkdaşlıq məsələlərini müzakirə etdilər və tədris sahəsində nüfuzlu xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətini qeyd etdilər.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42