DEKAN HEYDƏR ƏLİYEV HÜQUQİ İSLAHATLARIN BANİSİDİR MÖVZUSUNDA MÜHAZİRƏ SÖYLƏYİB
2 May 2023 14:33
Heydər Əliyev İli çərçivəsində cari ilin may ayının 2-də Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev “Ulu Öndər Heydər Əliyev hüquqi islahatların banisidir” mövzusunda mühazirə söyləmişdir. Mühazirəni Hüquq fakültəsinin müxtəlif kurslardan olan tələbələri dinləmişlər.
Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi sahəsində, eləcə də xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri haqqında danışan dekan demokratik-hüquqi dövlətin sütununu təşkil edən ilk milli Kontitusiyamızın müəllifi olan Ümummilli liderin hüquqi islahatları çərçivəsində konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplərin yaradılmasının hüquq elminin inkişafında dönüş nöqtəsi yaratması, islahatlar nəticəsində “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanunların və əsas məcəllələrin qəbul edilməsini vurğulamışdır. Ulu öndərin öz fəaliyyətində humanizm və xeyirxahlıq prinsiplərini rəhbər tutduğunu, ölüm hökmünü ləğv etdiyini, əfvetmə və amnistiya institututlarının əsasını qoyduğu diqqətə çatdırılmışdır.
Fakültə dekanı vurğulamışdır ki, məhz Ulu öndərin hüquqi islahatlarının nəticəsidir ki, Azərbaycan fundamental insan hüquqlarına sadiqliyini nümayiş etdirərək postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da “Habeas Corpus” prinsipini tətbiq edən ilk dövlətlərdən oldu, demokratik məhkəmə nəzarəti institutu formalaşdırıldı.
Ulu öndərin xeyirxahlıq missiyasının bu gün Onun adını daşıyan və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır.
Dekan Zaur Əliyev gənclərə, tələbələrə müraciət edərək bildirmişdir ki, bu gün hər birimizin Ümummilli lider Heydər Əliyevin dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəsillərə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ulu öndərimizin ən böyük arzusunu, vəsiyyətini yerinə yetirmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək əlimizdən gələni əsirgəməməliyik.
Mühazirədə həmçinin, Ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş tələbələr tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilmişdir.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42