DEKAN HEYDƏR ƏLİYEV İLİNƏ HƏSR EDİLMİŞ KONFRANSDA İŞTİRAK EDİB
5 May 2023 10:20
Cari ilin 4 may tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər” mövzusunda keçirilmiş konfransda iştirak etmişdir. Konfransda “Ulu Öndər Heydər Əliyevin hüquq elminin və təhsilinin inkişafında rolu” mövzusunda çıxış edən dekan Zaur Əliyev Ümummilli lider Heydər Əliyevin hüquq elminin və təhsilinin inkişafında əvəzsiz xidmətlərindən bəhs edərək, Ulu Öndərin təşəbbüsü ilə müstəqil dövlətimiz üçün azərbaycanlı tələbələrin müxtəlif ölkələrdə hüquq təhsili almağa göndərilməsini və bununla da milli hüquqşünas kadrların formalaşdığını xüsusi vurğulamışdır. Ümummilli Liderin hüquq sistemində islahatlarının hüquq elminə və təhsilinə müsbət təsiri, təhsil sisteminin yeni standartlar əsasında təkmilləşdirilməsi nəticəsində hüquq təhsilinin inkişafı haqqında ətraflı məlumat verən Z.Əliyev bildirmişdir ki, Ulu Öndərin apardığı hüquqi islahatlar Azərbaycanda yeni milli hüquq elminin formalaşmasına, ayrı-ayrı hüquq sahələrinin inkişafına gətirib çıxarmışdır. Dekan bildirmişdir ki, bu gün müxtəlif beynəlxalq statuslu təhsil müəssisələrində və elmi fəaliyyət göstərən təşkilatlarda hüquqşünas alimlərimizin əldə etdiyi nailiyyətlər, Hüquq fakültəsinin məzunları olmuş və dövlət orqanlarında rəhbər vəzifələrdə çalışan kadrlarımızın dövlətçiliyimizin qorunması yolunda gördüyü işlər, eləcə də Azərbaycanın hüquqşünas alimlərinin ölkəmizin qlobal informasiya məkanında tanınması üzrə həyata keçirdiyi fəaliyyətin müsbət nəticələri Ulu Öndər islahatlarının öz bəhrəsini verdiyini göstərir. Ulu öndərin başladığı səmərəli hüquqi islahatların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən dekan, dövlət başçısı tərəfindən imzalanmış aktların qısa dövr ərzində ölkəmizin dinamik yüksəlişini təmin etdiyini diqqətə çatdırmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu öndərin adını daşıyan Fondun həyata keçirdiyi müxtəlif layihələrin məhz təhsilin inkişafına xidmət etdiyini xüsusi vurğulayan dekan, bu sahədə Heydər Əliyev Fondunun əvəzsiz rolunu qeyd etmişdir.
Hüquq fakültəsində tədris sahəsində ən vacib istiqamətlərdən birinin tələbələrin təcrübi biliklərinin inkişaf etdirilməsi olduğunu söyləyən Zaur Əliyev bu sahədə Ədliyyə nazirliyinin göstərdiyi dəstəyi xüsusilə vurğulamış və Heydər Əliyev İli çərçivəsində Ədliyyə nazirliyi ilə birgə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır.
Hüquq fakültəsinin dekanı çıxışını Ulu Öndərin təhsillə bağlı müdrik kəlamı ilə yekunlaşdırmışdır. Ulu Öndər deyirdi: “Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır. Xalqımızın təhsilinin daha da təkmilləşdirilməsi və yüksəklərə qaldırılması müqəddəs vəzifəmizdir”.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42