DEKAN HEYDƏR ƏLİYEV VƏ MÜASİR AZƏRBAYCAN ADLI KONFRANSDA İŞTİRAK EDİB
5 May 2023 19:57
Hüquq fakültəsinin dekanı Zaur Əliyev DİN-in Polis Akademiyasında “Heydər Əliyev və müasir Azərbaycan” adlı Respublika elmi-praktik konfransda iştirak etmiş və “Ulu Öndər Heydər Əliyev hüquqi islahatların banisidir” mövzusunda çıxış etmişdir. Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edən Zaur Əliyev birldirmişdir ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir. Məhz Ulu Öndərin hüquqi islahatları çərçivəsində konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyətinin yaradılması, hakimiyyətlər bölgüsü prinsipinin bərqərar edilməsi hüquq elminin inkişafında dönüş nöqtəsi yaratmış və yeni eranın başlanğıcı olmuşdur.
Ulu öndər Heydər Əliyevi müasir Azərbaycanda insan hüquqları elmi məktəbinin banisi adlandıran Zaur Əliyev Konstitusiyamızda bəyan olunmuş insan hüquq və azadlıqlarının təminatında, Azərbaycanın dünyaya tanıdılmasında, beynəlxalq təşkilatlara üzvlüyə qəbul olunmasında, eləcə də qanunvericilik sisteminin müasir əsaslarla yenidən formalaşdırılmasında Ulu Öndərin məqsədyönlü islahatları haqqında ətraflı məlumat vermişdir.
Çıxışının yekununda dekan bildirmişdir ki, bu gün hər birimiz Heydər Əliyevin dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəsillərə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ulu öndərimizin ən böyük arzusunu, vəsiyyətini yerinə yetirmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək əlimizdən gələni əsirgəməməliyik.
Konfransın işində dekanla bərabər həmçinin, fakültənin professoru Etibar Əliyev və tələbələr də iştirak etmişlər.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42