DEKAN VƏ MÜƏLLİM HEYƏTİ ELMİ-NƏZƏRİ KONFRANSDA İŞTİRAK ETMİŞLƏR
20 Aprel 2023 11:10
Hüquq fakültəsinin dekanı Zaur Əliyev və fakültənin professor-müəllim heyəti Konstitusiya Məhkəməsi tərəfindən təşkil edilmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfransda iştirak etmişlər.
Konfransa sədrlik edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev açılış nitqi ilə çıxış etmişdir.
Konfransın proqramına müvafiq olaraq çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı olmaqla bərabər, həm də hüquqi islahatların banisi olduğunu qeyd edərək, Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğuna başlanmasının, dövlət siyasətində insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verilməsinin və bu sahədə aparılmış əsaslı hüquqi islahatların bütövlükdə cəmiyyətin və dövlətin inkişafında əvəzsiz rol oynamaqla yanaşı, hüquq elminin müasir tələblərə uyğun təkamülündə də mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Həmçinin, milli insan hüquqları standartlarının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə görülən tədbirlər barəsində danışan Z.Əliyev 1997-ci ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin Strasburqda Avropa Şurasına üzv olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə iştirakı, söylədiyi nitqi və keçirdiyi görüşlərindən sonra Avropanın Azərbaycana marağının daha da artdığını, bunun nəticəsi olaraq 25 yanvar 2001-ci ildə Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olduğunu bildirmişdir.
Daha sonra Z.Əliyev “Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının hüquqi qüvvəsi və implementasiyası” mövzusunda məruzə ilə çıxış etmiş, konfrans iştirakçılarının suallarını cavablandırmışdır.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42