DEKANIN MƏQALƏSİ RESPUBLİKA QƏZETİNDƏ DƏRC OLUNUB
28 Fevral 2023 11:52
Hüquq fakültəsinin dekanı Zaur Əliyevin Respublika qəzetində məqaləsi dərc edilmişdir. “Xocalı soyqırımının hüquqi aspektləri” adlı məqalədə Xocalıda törədilmiş cinayət əməllərinin soyqırım kimi tanınması və qiymətləndirilməsi, həmçinin cinayətkarların cəzalandırılması üçün hüquqi əsaslar müəyyənləşdirilir. Müəllif qeyd edir ki, ikili standartların mövcudluğunu, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibini nəzərə alaraq, Xocalı soyqırımı üzrə beynəlxalq tribunalın yaradılması yaxın perspektivdə real görsənmir. Nə qədər ki, bu soyqırım aktının canlı şahidləri, sağ qalan zərərçəkənlər həyatdadır milli məhkəmə prosesinin keçirilməsi zəruridir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinın 311-ci maddəsinin müddəaları əsasında Xocalı soyqırımı üzrə qiyabi mühakimənin keçirilməsi artıq zamanın tələbidir. Beynəlxalq təcrübədə qiyabi mühakimənin Nürnberq tribunalının Nizamnaməsinin 12-ci maddəsi əsasında Adolf Hitlerin şəxsi katibi Martin Bormana münasibətdə baş verdiyini qeyd edən Z.Əliyev Xocalı soyqırımı üzrə cinayət və cinayət-prosessual qanunvericilikləri əsasında milli məhkəmə prosesinin keçirilməsi və cinayətkarlara qarşı qiyabi də olsa məhkəmə hökmünün çıxarılmasının hüquqi baxımdan olduqca əhəmiyyətli olduğunu, hələ həyatda olan soyqırım şahidlərinin ifadələrinin məhkəmə protokollarında, çıxarılacaq hökmdə öz əksini tapmalı olmasının vacibliyini vurğulayır.
Məqaləni aşağıdakı linkdən oxumaq olar:
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42