DEKANIN XOCALI SOYQIRIMI BARƏDƏ MƏQALƏSİ NƏŞR OLUNUB
26 Fevral 2024 15:08
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin AZƏRTAC Dövlət İnformasiya Agentliyinin rəsmi saytında “Xocalı soyqırımı beynəlxalq cinayətdir” adlı məqaləsi dərc edilmişdir. Məqalədə Xocalı soyqırımı bəynəlxalq cinayət kimi hüquqi cəhətdən əsaslandırılır. Müəllif qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri Vaqif Xaçaturyanın Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq istintaqa cəlb edilməsi və məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilməsi onu deməyə əsas verir ki, Xocalı soyqırımını törətmiş digər şəxslər də Azərbaycan qanunları qarşısında cavab verəcəklər.
Məqaləni aşağıdakı linkdən oxumaq olar:
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33