DELOİTTE ŞİRKƏTİ ƏMƏKDAŞLARININ TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜ BAŞ TUTUB
23 May 2024 23:42
Cari ilin mayın 22-də Bakı Dövlət Universitetinin Hüquq fakültəsində qlobal səviyyədə audit və əminlik, konsaltinq, maliyyə, risk, vergi üzrə məsləhət xidməti və digər əlaqədar xidmətlər göstərən nüfuzlu Deloitte şirkətinin Bakı ofisinin əməkdaşlarının şirkətin fəaliyyət istiqamətləri, xüsusilə də vergi və hüquq departamentinin fəaliyyəti ilə bağlı tələbələrlə görüşü keçirilmişdir.
Görüşdə şirkətin təcrübəsində vergi qanunvericiliyinin tətbiqi, məhkəmə prosesləri ilə bağlı formalaşan praktika, hüquqşünas kadrların şirkətin fəaliyyətində iştirak istiqamətləri, iş imkanları, Deloitte şirkətində işə qəbulun qayda və mərhələləri kimi məsələlər hüquqşünas tələbələrin diqqətinə çatdırılmışdır.
Qeyd etmək lazımdır ki, Deloitte şirkəti dünyanın ən böyük 4 audit xidməti və konsaltinq şəbəkəsindən birincisidir. 175 ildən çox tarixi olan Deloitte 150-dən çox ölkə və ərazidə xidmət göstərir. Həmçinin Deloitte Azərbaycanda və MDB məkanda məhkəmə prosesləri ilə bağlı qabaqcıl praktikaya malikdir.
Tələbələrin xüsusi marağına səbəb olan görüş interaktiv qaydada keçirilmiş, tələbələrlə şirkətin fəaliyyətində onları maraqlandıran məsələlər üzrə diskussiya aparılmış və onların çoxsaylı sualları cavablandırılmışdır.
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33