COĞRAFİYA FAKÜLTƏSİ İLƏ BİRGƏ TƏDBİR KEÇİRİLİB
09.10.2021-ci il tarixində Bakı Dövlət Universitetinin Hüquq və Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatlarının əməkdaşlığı ilə "Xəzər həftəsi" çərçivəsində "Dəniz hüququ, önəmi və əsas anlayışları" adlı tədbir keçirilmişdir
Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Firavan Əlizadə tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan etmişdir.
Tədbirdə Coğrafiya fakültəsinin dekanı dosent Şəkər Məmmədova çıxış edərək Xəzər dənizi haqqında ümumi məlumat vermişdir. Hüquq fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Aytəkin İbrahimova mövzunun mahiyyəti haqqında məlumat verərək tədbirin gedişatına uğurlar arzulamışdır. Tədbir Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Sahilə Allahverdiyevanın Xəzər dənizinin Azərbaycan iqtisadiyyatında rolu haqqında çıxışı ilə davam etmişdir. O, öz çıxışında tələbələri Xəzər dənizini qorumağa çağırmışdır. Daha sonra isə Hüquq fakültəsinin müəllimi h.ü.f.d., dosent Natiq Əsgərov Xəzər dənizinin hüquqi statusu ilə bağlı çıxış etmiş və bununla bağlı prezentasiya təqdim etmişdir.