DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ
30.12.2021-ci il tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Gücümüz Həmrəyliyimizdədir" adlı Online Tədbir keçirilmişdir. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələri iştirak etmişdir. Fakültənin dekan vəzifələrini icra edən Cabir Quliyev tədbiri açıq elan edərək, Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə iştirakçıları təbrik edib. Vətən Müharibəsində qazanılan parlaq qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulayıb, Azərbaycanın bu möhtəşəm zəfəri Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazandığına diqqət çəkib. Sosial məsələlər üzrə dekan müavini Aytəkin İbrahimova, mövzunun mahiyyəti barəsində fikirlərini bildirərək, gələcək imtahan sessiyasında tələbələrə uğurlar arzulamışdır. Daha sonra Fakültə Tələbə Gənclər Təşkilatının sədri Firavan Əlizadə iştirakçıları Həmrəylik Günü münasibətilə təbrik edərək, mövzu ətrafında çıxış etmişdir. Tədbirdə fakültənin tələbələri, İlkin İmanli, Cavid Mirzəzadə və Siyavuş Bağırovun çıxışları baş tutmuşdur.