DÜNYA BANKININ NÜMAYƏNDƏSİ TƏLƏBƏLƏRƏ MÜHAZİRƏ OXUYUB
Bakı Dövlət Universiteti Hüquq fakültəsi və Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə Dünya Bankının mərkəzi qərargahının Dövlət sektoru üzrə aparıcı mütəxəssisi, vergi hüququ sahəsində tanınmış beynəlxalq ekspert Raul Feliks Xunkera Varela tərəfindən Hüquq fakültəsində yeni yaradılmış Vergi hüququ, Beynəlxalq iqtisadi hüquq və yaxın ixtisaslaşmalar üzrə magistrantlara və tədrisi ingilis dilində olan “Hüquqşünaslıq” ixtisası üzrə bakalavrlara 13 oktyabr 2022-ci il tarixində “Strengthening DRM From theory to practice” mövzusunda mühazirə oxunulmuşdur. Mühazirənin sonunda Raul Feliks Xunkera Varela mövzu üzrə tələbələrin çoxsaylı suallarını cavablandırmış, tələbələrlə müzakirə aparmışdır.Tələbələr bu cür mühazirələrin onların nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılmasına mühüm töhfə olduğunu bildirmişlər.