ƏDLİYYƏ AKADEMİYASININ TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLMİŞDİR
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri üçün Ədliyyə Akademiyasının təşkilatçılığı ilə maarifləndirici təlim keçirilmişdir.
Təlimin həyata keçirilməsi “2022-ci ildə Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planı”nın 5-ci bəndində nəzərdə tutulmuş dayanıqlı inkişaf üçün sülhsevər və açıq cəmiyyətlərin təşviqi, hamı üçün ədalət mühakiməsinə çıxış imkanının təmin edilməsi (DİM16) üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin icrasından irəli gəlir.
Təlimdə Ədliyyə Akademiyasının əməkdaşları tərəfindən qanunla münaqişədə olan uşaqların ədalət mühakiməsi, qadınların ədalət mühakiməsinə çatımlılığının təmin edilməsinə dair mövzularda çıxışlar edilib. Çıxışlarda yuvenal ədliyyənin anlayışına, tarixinə, beynəlxalq hüquqi əsaslarına, dünya ölkələrinin və ölkəmizin praktikasında qanunla münaqişədə olan uşaqların ədalət mühakiməsindəki xüsusilyinə, qadınların ədalət mühakiməsinə çıxışının təmin edilməsinin beynəlxaq hüquqi əsasların, bərabər çatımlılıq imkanlarına, ədalət mühakiməsi anlayışına, qadınlara münasibətdə spesifikliyinə və s. kimi məsələlərə toxunulub.
50-dək Hüquq fakültəsi tələbələrinin iştrak etdiyi təlim tələbələrin aktiv iştirakı ilə müzakirə şəklində davam edib.