ƏDLİYYƏ NAZİRLİYİNİN ƏMƏKDAŞI HÜQUQ FAKÜLTƏSİNDƏ MÜHAZİRƏ DEYİB
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi arasında razılaşmaya əsasən Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin Nəzarət-analitik iş üzrə qrup rəhbəri Səkinə Əliyeva Bakı Dövlət Universitetinin Hüquq fakültəsində olmuş, fakültənin 2-ci kurs tələbələrinə Qanunvericilik Baş İdarəsinin fəaliyyət istiqamətləri, strukturu, hüquqi aktların hazırlanma prosesi, hüquqi aktların dövlət reyestri, “E-qanun.az” Hüquqi aktların vahid elektron bazası haqqında məlumat vermiş, nəzəri məlumatları müxtəlif təcrübi misallar, statistik materiallarla zənginləşdirmişdir. Tələbələrlə mərkəzi icra hakimiyyəti orqanlarının yaradılması və fəaliyyətinin əsasları, xüsusiyyətləri, normativ tənzimləmənin inkişaf perspektivləri barəsində müzakirələr aparılmış, tələbələrin sualları cavablandırılmışdır.
Tələbələr Ədliyyə nazirliyi tərəfindən onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirmişlər.