ELMİ MƏQALƏ NECƏ YAZILMALIDIR ADLI TƏLİM KEÇİRİLİB
23 Mart 2023 12:30
Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə fakültənin tələbələri üçün "Elmi məqalə necə hazırlanmalıdır?" adlı təlim keçirilmişdir. Təlimçi Böyük Britaniyanın Şeffild Universitetində, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində təhsil almış, Web of Science və Scopus indeksli jurnallarda çap edilmiş 7 məqalə müəllifi və Tedqiqat.com platformasının yaradıcısı İnqilab Şahbazov olmuşdur.
Təlim zamanı İ. Şahbazov tələbələrə elmi məqalənin strukturu, onun hazırlanma prosesi, belə məqalələri çap edən nəşriyyat evləri barəsində geniş məlumat vermiş, həmçinin tələbələrin mövzu ilə bağlı suallarını cavablandırmışdır.
Təlimin sonunda İ. Şahbazov Hüquq Fakültəsinin Tələbə Gənclər Təşkilatı tərəfindən sertifikatla təltif edilmişdir.
Tələbələr bu cür təlimlərin davamlı olacağına öz ümidlərini ifadə edərək bu kimi təlimlərin onların peşəkar hüquqşünas kimi formalaşması üçün faydalı olduqlarını vurğulamışlar.
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33