ELMİ ŞURANIN XÜSUSİ İCLASI ÇAĞIRILIB
10 May 2023 16:50
10 may 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Hüquq fakültəsinin dekanı tərəfindən Hüquq fakültəsinin Elmi Şurasının xüsusi iclası çağırılmışdır. İclası açıq elan edən dekan Zaur Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edərək bildirmişdir ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir. Məhz Ulu Öndərin hüquqi islahatları çərçivəsində konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyətinin yaradılması hüquq elminin inkişafında dönüş nöqtəsi yaratmış və yeni eranın başlanğıcı olmuşdur. Fakültə dekanı bildirmişdir ki, bu gün hər birimiz Heydər Əliyevin dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəsillərə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ulu öndərimizin ən böyük arzusunu, vəsiyyətini yerinə yetirmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək əlimizdən gələni əsirgəməməliyik. Ulu öndərin başladığı səmərəli hüquqi islahatların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən dekan, dövlət başçısı tərəfindən imzalanmış aktların qısa dövr ərzində ölkəmizin dinamik yüksəlişini təmin etdiyini diqqətə çatdırmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu öndərin adını daşıyan Fondun həyata keçirdiyi müxtəlif layihələrin məhz təhsilin inkişafına xidmət etdiyini xüsusi vurğulayan dekan, bu sahədə Heydər Əliyev Fondunun əvəzsiz rolunu qeyd etmişdir. Hüquq fakültəsinin dekanı Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin isə qalib Azərbaycan dövlətinin memarı olduğunu vurğulamışdır.
Daha sonra Elmi Şura üzvlərindən AMEA-nın müxbir üzvü, Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, professor Məsumə Məlikova, Cinayət prosesi kafedrasının müdiri, professor Firuzə Abbasova, Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Rauf Şəmsizadə çıxış edərək Ulu öndərin hüquqi dövlət quruculuğunda, hüquq elminin inkişafında, hüquqşünas kadrların hazırlanmasında əvəzolunmaz xidmətlərindən ətraflı bəhs etmişlər.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev həmçinin, 10 may tarixində “Konstitusiya hüququ” fənni üzrə mühazirə dərsində tələbələrə Ulu Öndərin quruculuq və xilaskarlıq missiyası haqqında ətraflı məlumat vermişdir.
Heydər Əliyev İli çərçivəsində Hüquq fakültəsində silsilə tədbirlər davam etdirilir.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42