ELSA AZƏRBAYCANIN TƏQDİMATI KEÇİRİLİB
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamal Cəfərov və Hüquq fakültəsinin dekanı Zaur Əliyevin iştirakı ilə ELSA Azərbaycanın (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Azərbaycan nümayəndəliyi) təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimindən əvvəl Kamal Cəfərov, Zaur Əliyev və ELSA Azərbaycanın cari Milli İdarə Heyətinin iştirakı ilə görüş keçirilmişdir. İclasda Hüquq fakültəsi ilə ELSA arasında mövcud olan əlaqələr, gələcək əməkdaşlıq perspektivləri və bunlarla bağlı digər məsələlər müzakirə edilmişdir. Sonra Hüquq fakültəsinin 1-ci kurs tələbələri üçün təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində Kamal Cəfərov və Zaur Əliyev çıxış edərək ELSA Azərbaycan haqqında öz təəssüratlarını bölüşmüş və tələbələrin sosial aktivliyinin vacibliyini vurğulamışlar. Daha sonra isə ELSA Azərbaycanın 8 nəfərdən ibarət Milli İdarə Heyəti tərəfinfən təşkilat və onun həyata keçirdiyi layihələr barədə tələbələrə ətraflı məlumat verilmişdir.