ƏYANİ TƏDRİS BƏRPA OLUNUR
Sentyabrın 7-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinq keçirilib.
Təhsil naziri Emin Əmrullayev bildirib ki, 2021-2022-ci dərs ilində ölkəmizin bütün təhsil müəssisələrində tədris ənənəvi şəkildə mərhələli təşkil olunacaq. Sentyabrın 29-dan ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılacaq.
Nazir bildirib ki, tədrisin gec başlaması ilə əlaqədar olaraq keçirilməyən dərs saatları tədris ili ərzində tətil günləri hesabına bərpa olunacaq.
Əziz tələbələr!
Tədrisimizin davamlı olması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar müəyyən etdiyi qayda və tövsiyələrə diqqətlə əməl etməyimiz vacibdi.
Universitetin auditoriyaları sizləri gözləyir.