Fakültə Elmi Şurasının genişləndirilmiş iclası keçirildi
29 Dekabr 2023 15:11
Hüquq fakültəsinin dekanı Zaur Əliyevin sədrliyi ilə ilin yekunlarına dair Elmi Şuranın genişləndirilmiş iclası keçirilmişdir. İclası açan dekan, Heydər Əliyev İli çərçivəsində fakültə tərəfindən həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verərək bu ilin olduqca uğurlu olduğunu qeyd etmişdir. Heydər Əliyev İli çərçivəsində Hüquq fakültəsinin 95 illiyinin qeyd edildiyini diqqətə çatdıran dekan fakültənin inkişafının bilavasitə Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulamışdır. Ulu Öndərin hüquq islahatlarının hüquq elminin yeni mərhələdə inkişafını təmin etdiyini diqqətə çatdıran dekan hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Fakültənin elmi uğurları haqqında danışan dekan il ərzində bir sıra yeni dərsliklərin və digər tədris vəsaitlərinin nəşr olunduğunu diqqətə çatdırmışdır.
İclasda çıxış edən Elmi Şura üzvləri fakültənin uğurları və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat vermişlər.
İclasın yekununda qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə fakültə əməkdaşlarını və tələbələri təbrik edən dekan, yeni ildə də fakültə üçün yeni imkanların və hədəflərin olduğunu və bunun üçün birgə əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33