FAKÜLTƏ ELMİ ŞURASININ GENİŞLƏNDİRİLMİŞ İCLASI KEÇİRİLİB
Hüquq fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir. İclasda Hüquq fakültəsinin dekanı Zaur Əliyev 2021/2022-ci tədris ilinin yaz semestrinin İmtahan sessiyasının nəticələrinə dair hesabatla çıxış etmişdir. Yekun Dövlət Attestasiyasının (Yekun Dövlət İmtahanı) nəticələri müzakirə olunmuş, 302 nəfər tələbənin Yekun Dövlət Attestasiyasından müsbət qiymət alması və fakültə üzrə müvəffəqiyyət göstəricisinin 90%-dən çox olması müsbət qiymətləndirilmişdir. Fakültə Elmi Şurasının iclasında bakalavr pilləsi üzrə Yekun Buraxılış İmtahanlarının (müdafiələr) nəticələri, Magistr dissertasiya işlərinin müdafiəsinin nəticələri, 3 kurs üzrə gəlmədi və 25% kredit borcunu ödəməklə keçirilən imtahan nəticələri Elmi Şura üzvlərinin diqqətinə çatdırılmışdır. Gündəlikdə olan digər məsələ seçki müddəti başa çatan müəllimlərin Seçki komissiyasına müraciəti ilə bağlı məsələ olmuşdur. İclasda kafedra müdirlərinin çıxışları dinlənilmişdir. Mövzu ilə bağlı suallar dekan tərəfindən cavablandırılmışdır. Sonda cari məsələlər, o cümlədən elmi şuranın yekun nəticəsi səsə qoyularaq müsbət qiymətləndirilmişdir.