FAKÜLTƏ TGT VƏ SOCIALIST LAW CLUB-IN BİRGƏ TƏDBİRİ
23.10.2021-ci il tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatı və Socialist Law Club'un əməkdaşlığı əsasında "Sovet hüquq sistemi ilə müstəqil Azərbaycanın hüquq sisteminin fərqləri" mövzusunda görüş baş tutub. Görüşdə Hüquq elmlər doktoru, professor Xəyyam İsmayılov çıxış edib. O, görüşün əvvəlində Hüquq sistemi anlayışı ilə bağlı tələbələrə ümumi məlumat vermiş, daha sonra "Azərbaycanda hüquq sisteminin tarixi", "Cümhuriyyət dövründə hüquq sistemi", "Sovet dövründə Azərbaycanda hüququn mövcudluğu", "Qanunvericilik sahəsində həyata keçirilən yeniliklər" və s. kimi mövzulara toxunmuşdur. Görüş tələbələrin mövzu ilə əlaqəli suallarının cavablandırılması ilə davam etmişdir.