FAKÜLTƏNİN 95 İLİYİNƏ HƏSR EDİLMİŞ YENİ KİTAB NƏŞR OLUNUB
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrası tərəfindən “Əvəzçilik üzrə əmək müqaviləsi” adlı yeni monoqrafiya hazırlanaraq nəşr edilmişdir. Monoqrafiya Hüquq fakültəsinin 95 illiyinə həsr edilmişdir. Qeyd olunan kitabın müəllifləri hüquq elmləri doktoru, professor Alış Qasımov, Sadiq Qurbanov, Muxtar Mustafayev, Eyvaz Məmmədov və Şəhriyar Paşalıdır. Monoqrafiyanın elmi redaktoru professor Zahid Cəfərovdur. Monoqrafiyada Azərbaycan Respublikasının qanunvericiliyi və tədqiq olunan mövzu ilə əlaqədar müxtəlif alimlərin elmi-nəzəri işi əsasında əvəzçilik üzrə əmək müqaviləsinin nəzəri və təcrübi məsələləri kompleks şəkildə tədqiq olunmuşdur. Vəsaitdən elmi və praktik işçilər, “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan bakalavrlar, magistrantlar, doktorantlar, dissertantlar və elmi işçilər, habelə əmək hüququ ilə maraqlanan geniş oxucu kütləsi bəhrələnə bilərlər.