FAKÜLTƏNİN GƏNC MÜƏLLİMİ VASİF HÜSEYNLİNİN İKİ YENİ KİTABI NƏŞR OLUNUB
18 İyul 2023 15:19
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müəllimi Hüseynli Vasif Asif oğlunun “Əmək hüququnun əsas subyektləri” və “Əmək hüququnun subyektləri: anlayışı və hüquqi statusu” adlı monoqrafiyaları nəşr olunmuşdur. Monoqrafiyaların elmi redaktoru professor Alış Qasımovdur.
“Əmək hüququnun əsas subyektləri” adlanan monoqrafiyada əmək hüququ nəzəriyyəsinin müddəaları əsasında əmək hüququnun əsas subyektləri kimi işçi və işəgötürənin anlayışı və hüquqi statusunun məzmunu ilə bağlı problemlər tədqiq olunmuşdur.
“Əmək hüququnun subyektləri: anlayışı və hüquqi statusu” adlı monoqrafiyada əmək hüququ subyektlərinin anlayışı, təsnifatı və hüquqi statusu ilə bağlı problemlər tədqiq olunmuşdur.
Monoqrafiyalardan “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan bakalavrlar, magistrantlar, doktorantlar, dissertantlar və elmi işçilər, habelə əmək hüququ ilə maraqlanan geniş oxucu kütləsi bəhrələnə bilərlər.
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33