FAKÜLTƏNİN I KURS TƏLƏBƏSİ AVROPA ŞURASINDA GƏNC TƏMSİLÇİ KİMİ İŞTİRAK EDİB
3 Aprel 2023 08:26
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 1-ci kurs tələbəsi Azər Seyidli Azərbaycanın Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində (Congress of Local and Regional Authorities) “Gənc Təmsilçi”si olaraq Konqresin Strasburqda keçirilmiş 44-cü sessiyasında iştirak etmişdir.
Hər il Avropa Şurasının üzv ölkələrindən yalnız bir gəncə “Gənc Təmsilçi” mandatı verilir və o Konqresin sessiyalarında iştirak edərək öz ölkəsini Avropa Şurasının müvafiq strukturunda təmsil edir. Həmin təmsilçinin debatlar zamanı öz fikirlərini bildirmək, gündəlikdəki məsələlərlə bağlı Konqres üzvləri ilə fikir mübadiləsi aparmaq hüququ vardır. Konqresin 44-cü sessiyasında əsas müzakirə mövzuları gənclərin iştirakı ilə lokal səviyyədə demokratiyanın inkişafı, ətraf mühitin qorunması ilə bağlı regional strategiyalar, Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) lokallaşdırılması və şəhər və regionların böhranlar zamanı gücləndirilməsi olmuşdur. İngilis dilində sərbəst danışan Hüquq fakültəsinin tələbəsi Azər Seyidli gündəlikdəki mövzular üzrə çıxışlar edərək müzakirələrdə fəal iştirak etmişdir.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42