FAKÜLTƏNİN I KURS TƏLƏBƏSİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB
25 Aprel 2023 17:39
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi Nazim Həsənov M.V. Lomonosov adına Moskva Dövlət Universitetində keçirilən Lomonosov-2023 beynəlxalq konfransında iştirak etmiş və “Konstitusiya quruluşunun əsasları və şəxsiyyətin statusu” mövzusunda çıxış etmişdir.
Konfransın Təşkilat Komitəsinin verdiyi məlumata görə 2500 müraciətdən seçmə yolu ilə 250 nəfər seksiyalar üzrə dəvət almışdır və cəmi 25 nəfər iştirakçının məqaləsi çıxışa tövsiyə olunmuşdur.
Konfransın məruzəçiləri sırasında ilk onluqda yer alan Hüquq fakültəsinin tələbəsi N.Həsənov konfransın işində fəal iştirakına və aktual mövzuda çıxışına görə Moskva Dövlət Universiteti Hüquq Fakültəsi Tələbə Elmi Cəmiyyəti tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur.
Tələbəmizi təbrik edir, uğurlar arzulayırıq!
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33