FAKÜLTƏNİN MƏZUNU ŞƏHİD CEYHUN ŞALIYEVİN DOĞUM GÜNÜDÜR
20 May 2023 11:05
Hüquq fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Şalıyev Ceyhun Nüsrət oğlunun bu gün doğum günüdür.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev və professor-müəllim heyəti şəhid Ceyhun Şalıyevin abidəsini ziyarət etmiş və ailə üzvləri ilə görüşmüşlər.
Şalıyev Ceyhun Nüsrət oğlu 2014/2015-ci tədris ilində Hüquq fakültəsini bitirmiş, 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Aprel döyüşlərində böyük şücaət göstərən Ceyhun Vətən müharibəsi zamanı könüllü olaraq müharibədə iştirak etmiş, oktyabr ayının 1-də qəhrəmancasına şəhid olmuşdur. Ceyhun öz fitri istedadı, bacarıq və qabiliyyəti, təlim-tərbiyəsi ilə professor-müəllim heyətinin rəğbətini qazanmışdır. Ceyhun eyni zamanda mərhəmətli ürəyə sahib olmuşdur. Onun Hüquq fakültəsində təhsil aldığı dövrdə “Tələbədən tələbəyə kitab” layihəsi çərçivəsində yuxarı kurs tələbələrindən aşağı kurs tələbələrinə dərslik və əlavə ədəbiyyatların bağışlanması təşəbbüsü onun həm də son dərəcə mərhəmətli insan olduğunun göstəricisi idi. Ceyhun Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
44 günlük Vətən müharibəsi zamanı Hüquq fakültəsinin 50-dən çox tələbə və məzunu Vətən müharibəsində könüllü iştirak etmişdir.
ALLAH bütün şəhidlərimizə rəhmət eləsin!
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42