FAKÜLTƏNİN MÜƏLLİMLƏRİ AVROPA ŞURASININ LAYİHƏSİNDƏ İŞTİRAK EDİBLƏR
24 Fevral 2023 11:03
Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimova və UNESCO kafedrasının müəllimi Gülnaz Rzayeva Avropa İttifaqı və Avropa Şurasının “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi üzrə konfransda və “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” hesabatının təqdimatında iştirak etmişlər.
Hüquq fakültəsi qeyd olunan layihə üzrə rəsmi tərəfdaşlardan biri kimi çıxış edir. Beynəlxalq təşkilatların və səfirliklərin, dövlət orqanlarının və vətəndaş cəmiyyətinin nümayəndələrinin işitrakı ilə keçirilən tədbirdə layihənin nəticələri təqdim olunmaqla yanaşı, 1 mart 2023-cü il tarixində başlayacaq yeni layihə əsasında layihənin davamı yerli tərəfdaşlar və layihənin idarə heyətinin üzvləri ilə müzakirə edilmişdir.
Müzakirələr zamanı çıxış edən Aytəkin İbrahimova qeyd etmişdir ki, Hüquq fakültəsinin dekanı Zaur Əliyevin təşəbbüsü ilə fakültənin tarixində ilk dəfə olaraq “Tələbə tərəfindən tələbə üçün” layihəsinin icrasına başlanılmışdır. Əsas məqsədi tələbələrin tədris prosesinə cəlb edilməsi işinin təşkili, onların qeyri-hüquq sahəsində təhsil alan tələbələrə öz hüquqlarının aşılanmasından ibarət olan bu layihə çərçivəsində məişət zorakılığına dair təlimlərin təşkili, tamaşaların və videoçarxların hazırlanması və tədris prosesində əyani vəsait kimi istifadəsi effektiv nəticələr verə bilər. Eyni zamanda, təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayan A.İbrahimova orta təhsil müəssisələrində də maarifləndirici tədbirlərin aparılmasının, eləcə də Hüquq fakültəsinin nəzdində fəaliyyət göstərən Hüquq Klinikasına məişət zorakılığı qurbanlarına pulsuz hüquqi yardım göstərmək üçün dəstək verilməsinin də məqsədəmüvafiqliyini söylədi. Fakültə əməkdaşlarının layihə çərçivəsində aktivliyini vurğulayan dekan müavini layihə çərçivəsində 11 əməkdaşın Avropa Şurasının HELP kursunun uğurla başa çatdırdığını, UNESCO kafedrasının müəllimi Gülnaz Rzayevanın layihə çərçivəsində dövlət orqanları üçün təşkil olunmuş kurslarda təlimçi kimi uğurla işitrakını xüsusi vurğuladı.
Tədbir iştirakçıları tərəfindən Hüquq fakültəsinin təklifləri razılıqla qarşılandı və layihənin növbəti mərhələsində nəzərə alınacağı və bu sahədə əməkdaşlığın davam etdiriləcəyi qeyd olundu.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42