FAKÜLTƏ ŞƏHİDİNİN AD GÜNÜNƏ HƏSR OLUNMUŞ ANIM TƏDBİRİ
Bugün Vətən müharibəsinin şəhidi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu Ceyhun Şalıyevin doğum günü idi. Həyatda olsaydı 28 yaşı tamam olacaqdı. Amma o yaşamağı deyil, 26 yaşında Vətən uğrunda döyüşərək qəhrəmancasına Şəhid olmağı. Ceyhunun anım günündə Hüquq fakültəsinin dekanı Zaur Əliyev, dekan müavini Aytəkin İbrahimova, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, Bakı Dövlət Universitetinin humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, qrup yoldaşları və tələbələr Ceyhunun ailəsinə baş çəkmişlər. Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxış edərək, Ceyhunun anası Sədaqət xanıma belə mərd oğul böyütdüyü üçün öz minnətdarlığını bildirmiş, bütün Azərbaycan xalqının onunla fəxr etdiyini bildirmişdir. Daha sonra dekan Zaur Əliyev Ceyhunun baralyefi qarşısına əkili qoymuş ruhu qarşısında baş əymişdir. Baralyef qarşısında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin orkestri tərəfindən Dövlət Himni səslənmişdir. Daha sonra fakültə əməkdaşları və Ceyhunun ailə üzvləri birgə şəhidlər xiyabınana şəhidlərimizin məzarını ziyarətə getmişlər.
Ceyhun Şalıyevin simasında bütün Şəhidlərimizin ruhu qarşısında baş əyirik, Biz yaşayaq deyə şəhid olmağı seçən qəhrəman oğullarımıza Allahdan rəhmət diləyirik.