FEMİDA KÖNÜLLÜLƏRİ TƏŞKİLATININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
5 Mart 2024 18:14
5 mart 2024-cü il tarixində Hüquq fakültəsində «Femida könüllüləri» təşkilatının təqdimatı keçirilmişdir.
Tədbirdə çıxış edən Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Əsmər Əliyeva «Femida könüllüləri» təşkilatının üzvlərini tələbələrə təqdim etmiş, təşkilatın məqsədi və əsas fəaliyyət istiqamətlərindən söz açmışdır. Tədbirdə «Femida könüllüləri» təşkilatının sədri Nilgün Məmmədova, sədr müavini Rafael Məhərrəmli, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mirəli Seyidov çıxış edərək tələbələrə təşkilatın məqsədləri, təşkilata üzvlük prosedurları, təşkilatın hədəflədiyi nəticələr barədə geniş məlumat vermişlər. Vurğulanmışdır ki, “Femida könüllüləri” təşkilatı gənc peşəkar hüquqşünasların yetişdirilməsinə dəstək, məhkəmə-hüquq sistemində gənclərin iştirakçılığının artırılması, məhkəmə xidmətlərində vətəndaş məmnuniyyətinin təmin edilməsi, məhkəmə-hüquq sistemində aparılan islahatların təbliğ və tətbiqinə dəstək və ölkədə aparılan təhsil və gənclər siyasətinə töhfə vermək məqsədilə təsis edilmişdir.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılmışdır.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42