GƏNCLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR BAŞ TUTUB
02.02.2022-ci il tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatı və Könüllülərin birgə təşkilatçılığı ilə 2 fevral "Gənclər günü"nə həsr olunmuş tədbir keçirilmişdir.Tədbiri açıq elan edən Sosial Məsələlər və tələbələrlə iş üzrə Dekan müavini Aytəkin İbrahimova gənc tələbələri salamlayaraq onlara öz ürək sözlərini söyləmiş və dekan vəzifələrini icra edən Zahid Cəfərovun tələbələrə xoş diləklərini çatdırmışdır.Daha sonra Aytəkin İbrahimova nitqini günün əhəmiyyəti , gəncliyin inkişafı və bu istiqamətdə fakültənin atdığı əsaslı addımlara həsr etmişdir.Tədbirin davamında çıxış üçün söz Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Firavan Əlizadəyə verilmişdir.O öz çıxışında müasir Azərbaycan gənclərinin uğurlarından danışmış və fakültə tələbələrinə uğurlar arzulamışdır.Son olaraq isə fakültənin 4-cü kurs tələbəsi Orxan Rəhimov, 2-ci kurs tələbələri Gülsüm Hacıyeva , Cavid Mirzəzadə , Siyavuş Bağırov və Bakı Dövlət Universiteti Könüllülərinin Hüquq fakültəsi üzrə koordinatoru İlkin İmanlı Gənclər günün tarixi və əhəmiyyətindən danışmışlar.