GENDER BƏRABƏRLİYİ ADLI DƏRS VƏSAİTİ ÇAP OLUNUB
11 Yanvar 2023 17:57
Hüquq fakültəsinin dekanı Zaur Əliyevin elmi redaktorluğu ilə “Gender bərabərliyi” adlı yeni dərs vəsaiti çap edilmişdir.
Kitab Hüquq fakültəsi Elmi Şurasının 20 oktyabr 2022-ci il tarixli qərarı ilə dərs vəsaiti kimi çapa tövsiyə edilmişdir.
Dərs vəsaitinin müəllifləri BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə komitəsinin sədr müavini Elgün Səfərov və Bakı Dövlət Universitetinin Gender və tətbiqi psixologiya kafedrasının müəllimi Nigar Səfərovadır. Kitabın baş redaktoru Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, rəyçisi isə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilovdur. Altı fəsildən ibarət olan dərs vəsaitində gender bərabərliyinin anlayışı və yaranma tarixi, cinsi ayrı-seçkiliyin yaranması və onunla mübarizə üsulları, beynəlxalq müqavilələrə və milli qanunvericiliyə əsasən gender bərabərliyinin təmin edilməsi, dövlət qulluğunda gender bərabərliyi prinsipinin tətbiqi, iqlim dəyişikliyinin gender bərabərliyinin təmin edilməsinə təsiri ilə bağlı məsələlər öz əksini tapmışdır.
Kitab tələbələr, elmi işçilər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42