“Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən törədilən vəzifə cinayətləri” adlı monoqrafiyaları dərc edilib
22 Noyabr 2023 12:42
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Orxan Aslanovun və Hüquq fakültəsinin məzunu Vüsal Hacıyevin həmmüəllifliyi ilə yeni “Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən törədilən vəzifə cinayətləri” adlı monoqrafiyaları dərc edilmişdir. Monoqrafiya Hüquq fakültəsinin 95 illiyinə həsr edilmişdir.
Monoqrafiya gömrük qanunvericiliyinə əsaslanmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən törədilən vəzifə cinayətlərinə görə qanunvericilikdə məsuliyyət nəzərdə tutan normaların hazırki vəziyyətindən bəhs etməklə, qarşısının alınması (profilaktikası) problemlərinin məhkəmə-istintaq təcrübəsi nəzərə alınmaqla, kompleks şəkildə araşdırılmasına həsr olunmuş monoqrafik xarakterli ilk tədqiqat əsəridir. Burada, bütövlükdə vəzifə cinayətlərilə mübarizədə qanunvericiliyin inkişaf tarixi araşdırılmış, bu cinayətlərlə mübarizəyə dair dünya dövlətlərinin regional və ya universal qaydada qəbul etdiyi beynəlxalq sənədlər göstərilməklə oradaki anlayış və mübarizə tədbirlərilə bağlı məsələlərə aydınlıq gətirilmişdir. Bu növ cinayətlərin araşdırılması və istintaqının həyata keçirilməsi zamanı ortaya çıxan bir sıra problem məsələlər monoqrafiyada ətraflı tədqiq edilərək, qanunvericiliyin təkmilləşdirilməsinin nəzəri və təcrübi cəhətdən əsaslandırılmasına yönələn konkret təkliflərdə irəli sürülmüşdür.
Monoqrafiyada əldə edilmiş nəzəri-təcrübi nəticələr qanunvericiliyə dəyişikliklərlə bağlı irəli sürülmüş elmi-praktiki təkliflər, qanunvericilik orqanı tərəfindən nəzərə alına, gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən törədilən vəzifə cinayətlərilə mübarizədə hüquq-mühafizə orqanları üçün xüsusi mühüm əhəmiyyətə malik ola, ali məktəblərin Hüquq fakültələrində tədris prosesində istifadə edilə, habelə gələcəkdə bu səpkidə elmi araşdırmalar aparılarkən nəzəri baxımdan əsas baza kimi çıxış edə bilər.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42