HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA MÜASİR GƏNCLƏR SİYASƏTİNİN BANİSİDİR ADLI TƏDBİR KEÇİRİLİB
11 Aprel 2023 16:52
Hüquq fakültəsində Heydər Əliyev İli çərçivəsində “Ulu Öndər Heydər Əliyev Azərbaycanda müasir gənclər siyasətinin banisi” adlı tədbir keçirilmişdir. Tədbirdə Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə həsr edilmiş Hüquq fakültəsi tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilmişdir. Açılış nitqi ilə çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycan gənclərinin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz rolundan ətraflı bəhs etmiş, Ümummilli liderin gənclərimizlə bağlı çağdaş siyasətini uğurla və əmin addımlarla davam etdirən Azərbaycan Repsublikasının Prezidenti İlham Əliyevin gəncliyin inkişafına yönəlmiş siyasəti, eləcə də bu sahədə Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun verdiyi töhfələrlə bağlı ətraflı məlumat vermişdir. Fakültə tələbələrinin uğurlarından qürur hissi ilə bəhs edən Zaur Əliyev onlara uğurlar arzu etmiş və hər zaman dövlət tərəfindən dəstək göstərildiyini bildirmişdir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin Gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov və Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək Ulu Öndərin gənclərin təhsili və inkişafında, gənc kadrların yetişdirilməsində əvəzolunmaz rolu və fəaliyyəti barədə ətraflı danışmışlar.
Daha sonra Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri, III kurs tələbəsi Nihad Rəhimli və Hüquq fakültəsinin I kurs tələbəsi, Prezident təqaüdçüsü Həmidə Sadıqova Ulu Öndərin müasir gənclər siyasətinin banisi kimi fəaliyyəti haqqında çıxış etmişlər.
Tədbirin maraqlı cəhəti tələbələr üçün qonaqlara sualların verilməsi məqsədilə şərait yaradılmasında ifadə olunmuşdur. Belə ki, Həmid Nəsibov və Fərid Cəfərov tələbələri maraqlandıran sualları cavablandırmışlar, həm də tələbələr öz aktiv fəaliyyətləri barədə məlumatları qonaqlarla paylaşmışlar.
Tədbirin sonunda dekan Zaur Əliyev Heydər Əliyev İli çərçivəsində Hüquq fakültəsində silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırmış, qonaqlara və iştirakçılara tədbirdə iştiraklarına görə təşəkkürünü bildirmişdir.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42