HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDLİYYƏSİ ADLI PLATFORMANIN TƏQDİMATI KEÇİRİLİB
17 Fevral 2023 17:43
Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq, cari ildə Hüquq fakültəsində xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr edilmiş silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq Hüquq fakültəsi ilə sıx əməkdaşlıq edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Ulu Öndərin müstəqillik, dövlətçilik, qanunçuluq, məhkəmə və hüquq-mühafizə sahələrini əhatə edən genişmiqyaslı fəaliyyəti ilə bağlı birgə tədbirlərin keçirilməsi barədə razılığa gəlinmişdir. İlk belə birgə tədbir 2023-cü ilin 17 fevral tarixində Hüquq fakültəsində keçirilmişdir. Tədbirdə Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova və nazirliyin digər məsul şəxsləri, Hüquq fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak etmişlər. Tədbiri açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası, o cümlədən Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar barədə məlumat vermişdir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dərin ictimai-siyasi və iqtisadi böhrandan xilası və davamlı inkişafın təməllərinin qoyulduğunu diqqətə çatdıran fakültə dekanı qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Vətən müharibəsində parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etmiş, ölkəmizin ərazi bütövlüyü təmin olunmuş, beləliklə də Azərbaycanı bütöv görmək istəyən ulu öndər Heydər Əliyevin ən böyük arzusu həyata keçirilmişdir. Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova çıxış edərək 2023-cü il “Heydər Əliyev İli”ndə 100 illiyini qeyd etdiyimiz Ümummilli Liderin zəngin irsinin, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərinin yeni nəslə aşılanması məqsədilə nazirlik tərəfindən “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron məlumat platformasının yaradıldığını diqqətə çatdıraraq müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğunda, müasir hüquq sistemimizin bərqərar olmasında müstəsna rolu və xidmətləri, Ümummilli Liderin siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli uğurlu inkişafı barədə ətraflı məlumat vermişdir.
Çıxışlarda Ulu Öndərin irsinin öyrənilməsi və təbliğində respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və rəhbəri olduğu Heydər Əliyev Fondunun mühüm fəaliyyəti xüsusi qeyd olundu.
Çıxışlardan sonra “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron platformasının təqdimatı keçirildi. Bildirildi ki, platforma iki hissə və on iki bölmədən ibarət olmaqla hüquq sistemimizin banisi Ulu Öndərin həyat və fəaliyyəti, qanunçuluq, dövlətçilik, hüquq-mühafizə və məhkəmə fəaliyyəti ilə bağlı çıxışları, müdrik kəlamları, tarixi qərarları əhatə edir. Eyni zamanda platforma Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində hüquq sisteminə, Azərbaycan ədliyyəsinə qayğısı, nazirlik tərəfindən Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan tədbirlərlə bağlı məlumatları, yazıları, foto və video materialları özündə əks etdirir.
“Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron platformasının təqdimatı Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələrinin böyük marağına səbəb oldu.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42