HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURALİZM ADLI TƏDBİR KEÇİRİLİB
13 Aprel 2023 13:25
Heydər Əliyev İli çərçivəsində cari ilin aprel ayının 11-də Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev və multikulturalizm” adlı tədbir keçirilmişdir. Tədbirdə açılış nitqi ilə çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı və hüquqi islahatların banisi olduğunu nəzərə çatdıraraq Ulu öndərin quruculuq və xilaskarlıq missiyası haqqında ətraflı məlumat vermişdir. Sonra tələbələr qarşısında çıxış edən Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin icraçı direktoru Rəvan Həsənov multikulturalizmin əsasları, multikulturalizmin Azərbaycan modeli, ümummilli lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi çoxşaxəli fəaliyyət, o cümlədən, bu gün bu ideyanın cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və bu sahədə həyata keçirilən dövlət siyasəti haqqında ətraflı məlumat vermişdir.
Tədbirin sonunda Rəvan Həsənov tələbələrin çoxsaylı suallarını ətraflı cavablandırmışdır.
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33