HEYDƏR ƏLİYEV VƏ NİTQ MƏDƏNİYYƏTİ ADLI TƏDBİR BAŞ TUTUB
3 May 2023 21:21
“Heydər Əliyev İli” çərçivəsində cari ilin may ayının 3-də Bakı Dövlət Universitetinin Hüquq fakültəsində fakültənin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, BDU SABAH Mərkəzinin dəstəyi ilə “Heydər Əliyev və nitq mədəniyyəti” adlı tədbir keçirilmişdir. Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov təlimçi kimi iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı olduğunu diqqətə çatdıraraq fakültədə Heydər Əliyev İli çərçivəsində silsilə tədbirlərin keçirildiyini, bu kimi tədbirlərin Ulu öndərin zəngin irsinin dərindən öyrənilməsi baxımından əhəmiyyətli olduğunu bildirmişdir.
Tədbirdə çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov Ulu öndər Heydər Əliyevin səlis və düzgün nitqi və natiqlik bacarıqları, çıxışlarında vurğuladığı məqamlar haqqında ətraflı bəhs etmişdir. Daha sonra Rəşad Bayramov uğurlu nitq üçün zəruri meyarları, məntiq və hisslərin düzgün istifadəsi, dinləyicilərlə dialoq qurmağın üsulları, müsbət və mənfi bədən dili, nitq zamanı jest və mimikalardan istifadə, emosiyalı nitq kimi bir çox vacib məqamlara toxunmuş və tələbələrə öz tövsiyələrini vermişdir.
Tədbirin sonunda Rəşad Bayramov Hüquq fakültəsi və SABAH mərkəzi tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir.
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33