HÜQUQ FAKÜLTƏSİ BAKI MARAFONU 2022 DƏ İŞTİRAK EDİB
15 May 2022 10:55
“Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən Bakı Marafonu 2022-də Hüquq fakültəsini fakültənin 150 nəfər tələbəsi ilə birgə fakültənin dekanı Zaur Əliyev təmsil etmişdir.
“Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən Bakı Marafonu ilk dəfə 2016-ci il mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil edilmişdir. Hər il Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyır. Marafon Dövlət Bayrağı Meydanından start götürərək 21 kilometr məsafəni əhatə edir. Yarışda 16 yaşdan yuxarı istənilən şəxs qeydiyyatdan keçərək iştirak etmək imkanı əldə edir.
Onu da qeyd etmək lazımdır ki, son iki il müddətində- 2020/2021-ci illər dünyanı cənginə alan COVİD 19 virusunun geniş yayılması səbəbilə kütləvi tədbirlərə qarşı tətbiq olunan qadağalar çərçivəsində keçirilə bilməyən Bakı Marafonu bu il ənənəvi qaydada keçirilmiş və fərqli marşrutda təşkil edilmişdir. Belə ki, yarışın start və finiş nöqtəsi eyni yer Dövlət Bayrağı meydanı olmuşdur.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42