HÜQUQ FAKÜLTƏSİ ELFA TƏŞKİLATINA ÜZV SEÇİLİB
13 Mart 2024 15:48
Bakı Dövlət Universitetinin Hüquq fakültəsi tədris üzrə beynəlxalq əməkdaşlıq sahəsində innovativ addım ataraq Respublikamızda ilk dəfə olaraq Avropa Hüquq Fakültələri Assosiasiyasına (EUROPEAN LAW FACULTIES ASSOCIATION- ELFA) tamhüquqlu üzv seçilmişdir. Ötən ildən başlayan uzunmüddətli danışıqların yekununda Hüquq fakültəsi Azərbaycanda ilk fakültə olaraq Avropa Hüquq Fakültələri Assosasiyasının İdarə Heyəti tərəfindən adı çəkilən Assosasiyaya tamhüquqlu üzv kimi qəbul edilmişdir. Üzvlük çərçivəsində Assosiasiyanın konfranslarında, görüşlərində, illik forumlarında fakültəmizi təmsil etmək kimi fürsətlər təklif olunur. Qeyd etməliyik ki, Avropa Hüquq Fakültələri Assosiasiyası 1995-ci ildə Belçikanın Leuven şəhərində Avropanın müxtəlif universitetlərində yerləşən 80-dən çox Hüquq məktəbləri və fakültələri tərəfindən təsis edilmişdir. Təşkilatın bu gün 200-dən çox üzvü var. Avropanın nüfuzlu universitetlərinin hüquq məktəbləri və fakültələri bu təşkilatın üzvüdür, məsələn Leyden Universiteti, Maastrixt Universiteti, Rotterdam Erasmus Universiteti, Lund Universiteti, Barselona Universiteti, Strasburq Universiteti, Sürix Universiteti, Edinburq Universiteti, Şeffild Universiteti, Koç Universiteti, Vyana Universiteti, Kopenhagen Universiteti və digər tanınmış ali məktəblərin hüquq məktəbləri və fakültələri bu təşkilatın üzvüdürlər. ELFA hüquq təhsili ilə bağlı mövzuların müzakirəsi üçün beynəlxalq forum kimi fəaliyyət göstərir, Avropada və beynəlxalq səviyyədə dövlət təsisatları və təhsil qurumları ilə danışıqlar aparır və əməkdaşlıq müqavilələri imzalayır. Hazırda təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri Avropa məkanında hüquq təhsili sahəsində islahatların aparılmasıdır.
Hüquq fakültəsinin ELFA kimi nüfuzlu təşkilata üzv qəbul edilməsi fakültəmizin Avropa məkanında qabaqcıl fakültə kimi tanınmasının göstəricisidir.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42