HÜQUQ FAKÜLTƏSİ LAÇIN-XANKƏNDİ YOLUNDA KEÇİRİLƏN DİNC AKSİYADA İŞTİRAK ETMİŞDİR
Bakı Dövlət Universitetinin Hüquq fakültəsi Laçın-Xankəndi yolunda keçirilən dinc aksiyada iştirak etmişdir
Azərbaycan Respublikası vətəndaş cəmiyyəti nümayəndələri və qeyri-hökumət təşkilatları fəalları tərəfindən təbii sərvətlərin talanması və ətraf mühitin çirkləndirilməsinə qarşı Laçın-Xankəndi yolunda keçirilən dinc aksiyada Bakı Dövlət Universitetinin Hüquq fakültəsi də iştirak etmişdir. Qeyd olunan dinc aksiyada Hüquq fakültəsi öz dəstəyini müəllim və tələbə heyətinin iştirakı ilə göstərmişdir. Hüquq fakültəsinin müəllim və tələbələri bu aksiyada iştirak etməklə təbii sərvətlərin talanması və ətraf mühitin çirkləndirilməsi əleyhinə şüarlar səsləndirmişlər. Adı çəkilən aksiyada Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru Zaur Əliyev, beynəlxalq ekologiya hüququ sahəsində ixtisaslaşan hüquq üzrə elmlər doktoru Turqay Hüseynov, Beynəlxalq ümumi hüquq kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Pərviz Həsənov, fakültə tələbə gənclər təşkilatının sədri, 3-cü kurs tələbəsi Nihad Rəhimli, fakültə tələbə həmkarlar təşkilatının sədri, 3-cü kurs tələbəsi Eltac Allahyarlı, 2-ci kurs tələbəsi Aytac Əliyeva (SABAH qrupu), 2-ci kurs tələbəsi Nizami Mehralıyev, 2-ci kurs tələbəsi Cəfər Məmmədov iştirak etmişlər. Hüquq fakültəsinin müəllim və tələbə heyəti aksiyada iştirak etməklə təbii sərvətlərimizin talanmasına və ətraf mühitin çirkləndirilməsinə son qoyulmasını tələb edərək, digər vətəndaşlarımızı, dünya ictimaiyyətini, beynəlxalq təşkilatları insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən bu aksiyaya dəstək verməyə çağırış etmişlər.