FAKÜLTƏ TƏLƏBƏLƏRİ HÜQUQ VİKTORİNASININ QALİBİ OLUB
1 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Prokurorluq orqanlarının yaradılmasının 103 illiyi və prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Baş Prokurorluğun Elm Tədris Mərkəzi tərəfindən keçirilən Hüquq Viktorinasının qalibləri də mükafatlandırılmışdır.
Qeyd etmək lazımdır ki, 15 sentyabr 2021-ci il tarixdə keçirilən Hüquq Viktorinasında Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti və Milli Aviasiya Akademiyasının hüquq fakültələrinin tələbələri iştirak ediblər. Viktorinada tələbələr Konstitusiya hüququ, Cinayət hüququ, Cinayət prosessual hüquq və ümumi dünya görüşünü əhatə edən sualları cavablandırıb. Komandalar arasında keçirilən yarışda Bakı Dövlət Universitetinin tələbələri birinci yerə çıxmışlar. Komandanın üzvləri Fidan Əkbərova, Lamiyə Zülfüqarlı, Ceyhun Xəlilov, Aysu İsmayılzadə və Tahir Vəliyev olmuşdur. Viktorinada BDU-nun Hüquq fakültəsinin dekan müavini, dosent Cabir Quliyev, ekspert qismində iştirak etmişdir. Komandamızın bu qalibiyyətində öz bilik və peşəkarlığı ilə tələbələrə yardımçı olmuş Cinayət prosesi fənni tədris edən Bayram Məhərrəmovun əməyi danılmazdır.
Qalib komandanın üzvlərini Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyev şəxsən təltif etmiş, qalib komandaya kubok təqdim edilmişdir.