HÜQUQ FAKÜLTƏSİNİN 95 İLLİYİNƏ HƏSR OLUNMUŞ KİTAB NƏŞR OLUNUB
2 İyun 2023 17:20
Hüquq fakültəsinin 95 illiyinə həsr olunmuş yeni kitab çap olunmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının qiyabi doktorantı və müəllimi Hüseynli Vasif Asif oğlunun “İşçi və işəgötürən əmək hüququnun subyekti kimi” mövzusunda monoqrafiyası hüquq üzrə elmlər doktoru, professor Alış Qasımovun redaktorluğu ilə nəşr olunmuşdur.
Strukturuna görə monoqrafiya girişdən, beş yarımfəsli birləşdirən iki fəsildən, nəticədən və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
Monoqrafiyanın üç yarımfəsildən ibarət olan “Əmək hüququnun subyektlərinin anlayışı, təsnifatı və hüquqi statusu” adlanan I fəslində hüquq nəzəriyyəsinin və müasir əmək hüquq elminin son nailiyyətləri əsasında əmək hüququnun subyektlərinin anlayışı, təsnifatı və hüquqi statusu ilə bağlı problemlər tədqiq olunmuşdur.
Monoqrafiyanın iki yarımfəsildən ibarət olan “Əmək hüququnun əsas subyektləri və onların ümumi xarakteristikası” adlanan II fəslində əmək hüququnun subyekti kimi işçinin əmək hüquq subyektliyi, əsas əmək hüquq və vəzifələri, bu hüquq və vəzifələrin həyata keçirilməsinin hüquqi təminatları, işçinin qanuni mənafeləri, əmək vəzifələrinin yerinə yetirilməməsinə görə məsuliyyəti, həmçinin əmək hüququnun subyekti kimi işəgötürənin əmək-hüquqi statusu ilə bağlı nəzəri və təcrübi məsələlər tədqiq olunmuşdur.
Nəticə hissəsində tədqiqata yekun vurulmuş və onun əsas nəticələri, eləcə də qüvvədə olan əmək qanunvericiliyinin təkmilləşdirilməsi və əmək hüquq elminin zənginləşdirilməsinə dair təklif və tövsiyələr öz əksini tapmışdır.
Monoqrafiyadan “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan bakalavrlar, magistrantlar, doktorantlar, dissertantlar və elmi işçilər, habelə əmək hüququ ilə maraqlanan geniş oxucu kütləsi bəhrələnə bilər.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42