HÜQUQ FAKÜLTƏSİNİN DEKANI DƏYİRMİ MASADA İŞTİRAK EDİB
9 sentyabr 2021-ci il tarixdə “MG Consulting” MMC və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) nümayəndələri iyun ayında istifadəyə verilən Onlayn İctimai Nəzarət Platformasının rüblük ilkin nəticələrinə dair dəyirmi masa keçirmişdir. Tədbirdə ilkin olaraq ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycan Ofisinin Direktoru Dr. Jaidev Singh və BDU Hüquq fakültəsinin dekanı Əmir Əliyev çıxış edərək Platformanın USAID tərəfindən maliyyələşdirilən Şəffaflıq naminə vətəndaş cəmiyyəti (ECSOFT) layihəsinin vacib funksiyası olmasını vurğulamışdırlar. Dəyirmi masa zamanı BDU Hüquq fakültəsinin İnsan hüquqları və İnformasiya hüququ UNESCO kafedrasının müəllimi, “MG Consulting” şirkətinin rəhbəri Məhəhmməd Quluzadə Onlayn İctimai Nəzarət Platforması, onun fəaliyyəti və bugünə qədər əldə olunan nəticələr haqqında ətraflı məlumat vermişdir. Tədbir Müzakirə, mətbuatın suallarının cavablandırılması və dövlət orqanlarına mükafatların təqdim edilməsi ilə davam etmişdir.
Rübün nəticələrinə görə, 13 dövlət qurumunun vətəndaşların müraciətlərinə baxılması baxımından fəal olduğu müəyyən edilmiş və onlara müvafiq təltiflər təqdim olunmuşdur