Hüquq fakültəsinin dekanı Zaur Əliyevin 10 dekabr İnsan Hüquqları Günündə Respublika qəzetində məqaləsi dərc edilmişdir.
11 Dekabr 2023 16:34
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyevin 10 dekabr İnsan Hüquqları Günündə Respublika qəzetində məqaləsi dərc edilmişdir.
“Ümumdünya İnsan Hüquqları Bəyannaməsi – 75” adlı məqalədə BMT-nin ən mühüm sənədlərindən olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin mahiyyəti, hüquqi əhəmiyyəti, beynəlxalq hüququn mənbələri sırasında yeri, milli hüquqa təsiri, implementasiyası və bununla bağlı digər məsələlər təhlil edilir. Bəyannamənin insan hüquqlarının beynəlxalq kataloqunu müəyyən edən ilk akt olduğunu vurğulayan müəllif onun həm də mənəvi-əxlaqi sənəd olduğunu qeyd edir.
Azərbaycanda insan hüquqlarının müasir əsaslarla inkişafının və insan hüquqları sahəsində köklü islahatların Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən müəllif Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndərin insan hüquqları siyasətinin yeni mərhələdə uğurla davam etdirdiyini əsaslandırır.
Müəllif, eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun konstitusion hüquqların reallaşmasına xidmət edən bir çox layihələrin, xüsusilə də sosial layihələrin sosial dövlət modelinin tətbiqində, habelə müxtəlif insan hüquq və azadlıqlarının həyata keçirilməsində əvəzedilməz rola malik olduğunu qeyd edir.
Məqaləni aşağıdakı linkdən oxumaq olar:
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42