Hüquq fakültəsinin dekanı Zaur Əliyevin Fakültənin 95 illiyi münasibətilə Respublika qəzetində məqaləsi dərc edilmişdir
23 Dekabr 2023 14:16
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyevin Fakültənin 95 illiyi münasibətilə Respublika qəzetində məqaləsi dərc edilmişdir.
“İxtisaslaşmış və peşəkar hüquqşünas kadrların yetişdirilməsi vacib amildir” adlı məqalədə qeyd edilir ki, Hüquq fakültəsi 95 il ərzində şərəfli bir yol qət etmişdir, bu illər ərzində Fakültə yüksək ixtisaslı kadrlar yetişdirməklə respublikamızın hüquq-mühafizə orqanlarını, dövlət və hökumət qurumlarını peşəkar hüquqşünas heyəti ilə təmin etmişdir. Məqalədə vurğulanır ki, Fakültənin professor-müəllim heyəti, tələbələri və məzunları dövlətçiliyin möhkəmləndirilməsi və hüququn aliliyinin təmin edilməsi istiqamətində yorulmadan çalışırlar.
Hüquq fakültəsinin inkişafının ən mühüm mərhələsinin müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən müəllif, hüquq sahəsində milli kadrların məhz Ulu Öndərin göstərişi ilə hazırlanmağa başlanıldığını, bununla da milli hüquq məktəbinin əsasının qoyulduğunu, Ulu Öndərin hüquq islahatlarının isə hüquq elminin, o cümlədən də Hüquq fakültəsinin yeni mərhələdə inkişafını təmin etdiyini xüsusi vurğulayır.
Ulu Öndərin bu istiqamətdə formalaşdırdığı siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran müəllif, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən sosial layihələrin Azərbaycan təhsilinin inkişafına töhfə verən əsas amillərdən olduğunu qeyd edir.
Məqalə bu fikirlərlə yekunlaşır: “Beləliklə, Hüquq fakültəsi respublikada hüquq elminin inkişafında və hüquq üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında əsas elmi mərkəz rolunda çıxış edir. Tam şəkildə dövlətçiliyimizin və hüquq qaydasının möhkəmləndirilməsinə xidmət etməklə, o cümlədən Azərbaycan cəmiyyətində xüsusi çəkiyə malik olmaqla hüquqşünas kadrların yetişdirilməsində Hüquq fakültəsi xüsusi və əvəzolunmaz rol oynayır. Bütün bu qeyd olunlar Hüquq fakültəsinin fəaliyyətində inkişaf dinamikasının yüksək olduğunu və Fakültənin Ulu Öndər Heydər Əliyevin ənənəsinə və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dövlətçilik siyasətinə sadiqliyini bir daha təsdiq edir”.
Məqaləni aşağıdakı linkdən oxumaq olar:
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42